Azərbaycan ədəbiyyatı və mətbuatının salnaməçisi
Kübra Şamilova

XX əsr Azərbaycan ədəbiyyatımızın və mətbuatımızın canlı salnaməçisi olan Qulam Məmmədli ədəbiyyatımızda salnamənin əsasını qoymuşdur. Q.Məmmədlinin yaradıcılığında mollanəsrəddinşünaslıq əsas yer tutur. Bu baxımdan elmi-bədii kitabların, salnamələrin, yüzlərlə publisistik, elmi, siyasi, bədii məqalələrin, felyetonların, xatirələrin müəllifi olan Q.Məmmədlinin həyat və yaradıcılığı marağa səbəb olmuş və məqalədə öz əksini tapmışdır.

Açar sözlər: Qulam Məmmədli, salnaməçilik, Molla Nəsrəddin, imzalar