Azərbaycan mühacirət ədəbiyyatında Bənin fenomeni
Törəxanım Hüseynova

Görkəmli yazıçı Ümmülbanunun bədii-sənədli yaradıcılığı Azərbaycan mühacirət ədəbiyyatının ən maraqlı səhifələrindən birini təşkil etməkdədir. 1924-cü ildən Parisdə yaşayan, öz xalqı ilə mütəmadi mədəni əlaqələri olmayan Ümmülbanu əsərlərini fransız dilində yazır və Avropada Banin adı ilə məşhurlaşır. Lakin onun yaradıcılığı bütövlükdə öz dərin kökləri ilə Azərbaycana bağlı idi. Bu gün müasir Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini Azərbaycan və azərbaycançılığa xidmətin parlaq nümunəsi hesab edilən mühacirət ədəbiyyatının görkəmli nümayəndələrinin – M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, C.Hacıbəyli, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Bənin, A.İldırım və başqalarının ədəbi-mədəni irsi olmadan təsəvvür etmək qeyri-mümkündür.

Açar sözlər: mühacirət, Fransa, Bənin, roman