ŞƏXSİ ARXİVLƏRDƏKİ NƏSR ƏSƏRLƏRİNDƏ LEKSİK TƏHRİFLƏR (CƏFƏR CABBARLININ HEKAYƏLƏRİ ƏSASINDA)
Könül Bağırova

Məqalədə böyük söz ustadı, bədii-fəlsəfi təfəkkürümüzün inkişafında xüsusi xidmətləri olan Cəfər Cabbarlının bir neçə hekayəsi tədqiqata cəlb olunmuşdur. Yazıçının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindəki “Aslan və Fərhad”, “Mənsur və Sitarə”, “Müfəttiş” hekayələrinin avtoqraf əlyazma nüsxələri yenidən oxunmuş, müqayisəli tədqiqat zamanı bir sıra uyğunsuzluqlar, təhriflər, ixtisarlar və əlavələr aşkarlanmışdır. Tekstoloji tədqiqat əlyazma ilə müxtəlif illərdə nəşr edilmiş kitabların müqayisəsi zəminində aparılmışdır. Əldə edilmiş qənaətlər müvafiq bölmələr üzrə qruplaşdırılmışdır. Mətnşünas alimlər tərəfindən Azərbaycan ədəbiyyatının zəngin əlyazma qaynaqlarının tekstoloji araşdırmaları və elmi-tənqidi mətnlərinin tərtibi klassiklərin yaradıcılığına xüsusi bir diqqətdir. Bu mənada görkəmli ədəbiyyat xadiminin yaradıcılığı müxtəlif zaman kəsiyində tədqiq olunmuş, əsərləri dəfələrlə nəşrlərə daxil edilmişdir. Cəfər Cabbarlının nəşr edilmiş dram əsərləri də hal-hazırda əlyazma nüsxələri ilə qarşılaşdırılaraq öyrənilməkdədir. Təəssüf ki, yazıçının arxivində saxlanılan “Aydın”, “Ədirnə fəthi”, “Vəfalı Səriyyə yaxud yaş içində gülüş”, “Oqtay Eloğlu”, “1905-ci ildə” və digər dram əsərlərinin də tədqiqi zaman müəyyən uyğunsuzluqlar əldə edilmişdir. Tədqiqatın nəticəsi olaraq qeyd etmək olar ki, bir əsərin bir neçə əlyazma nüsxəsi olduğu zaman hər biri oxunmuş və son variant təyin edilmişdir. Ümid edirik ki, Cəfər Cabbarlı və digər klassiklərin əlyazma nüsxələrinin yenidən tədqiqi gələcəkdə onların yaradıcılıq nümunələrinin daha mükəmməl nəşrində faydalı olacaqdır. 

Açar sözlər: əlyazma, nəşr, müqayisə, təhrif, müdaxilə, hekayə
DOI: