MİLLİ MƏTBƏX NÜMUNƏMİZ PAXLAVA NİZAMİ YARADICILIĞINDA
Aynurə Əmiraslanova

Bu məqalədə digər xalqlar tərəfindən mənimsənilməsinə cəhd göstərilən milli mətbəx nümunələrimizdən biri olan paxlava şirniyyatının etimologiyası və mənşəyi araşdırılır. Məqalədə ermənilər tərəfindən bu şirniyyatın mənimsənilməsi üçün  apparılan tədqiqat metodlarının əssasız və dəlilsiz  olduğu sübut edilir.

Hər hansı bir xörəyin qeyri maddi mədəni irs kimi göstərilməsi üçün həmin mətbəx nümunəsi barədə məlumatların müxtəlif yazılı ədəbiyyatlarda (bədii nümünələrdə, folklor ədəbiyyatında, səyyah və tacirlərin yazılarında, salnamələrdə, peşakar kitablarda, risalələrdə, tibb ədəbiyatında, izahlı və tərcümə lüğətlərində və s.) öz əksini tapması vacibdir.

Bunları nəzərə alaraq məqalədə paxlavanın adı və disturu XII əsrə aid bədii əsərlərdə, səyyah və tacirlərin yazılarında və başqa  yazılı ədəbiyyatlarda araşdırılır. O cümlədən bu şirnityyat növünün adı dilçilik nöqteyi nəzərdən də tədqiq olunur.

Aparılan araşdırmalar nəticəsində aşağıda göstərilən nəticələrə gəlirik:

  1. Belə bir qənaətə gəlirik ki, paxlava sözünün kökündə paxla sözü durur və paxlava sözü paxla sözündən əmələ gəlib və Azərbaycana məxsus termindir.
  2. Paxlavaya yazılı ədəbiyyatda ilk dəfə XII əsrdə Gəncədə Abu Bəkr Əl Ustadın və Nizami Gəncəvinin əsərlərində rast gəlirik. Bunlara istinad edərək paxlavanın Vətəninin Azərbaycan və xüsusiylə Gəncə olduğunu etimal edə bilərik.
  3. Paxlavaya qoz və fındıq ilk dəfə məhz XVI əsrdə Azərbaycanda əlavə olunub və buna görə də bu paxlava növlərini Azərbaycanın intelektual malı hesab etmək mümkündür,
  4. Paxlavanın nazik çörəkdən bişirildiyini görürük və yuxanın da həmin dövrdə hazırlanmasına əmin oluruq.
  5. Nizami Gəncəvinin “Şərəfnamə” poemasında adını cəkdiyi “quru lozine” badamdan hazırlanmış romb formalı şirniyyat növü, yəni paxlavadır.
Açar sözlər: Azərbaycan, Nizami, Gəncə, paxlava, ləvzinə, badam, paxla, qeyri-maddi mədəni irs.
DOI: