“HEYVANLAR HAQQINDA KİTAB” İLƏ “KƏLİLƏ VƏ DİMNƏ” ARASINDAKI OXŞAR VƏ FƏRQLİ CƏHƏTLƏR
İlhamə GÜLTEKİN

Qərb ədəbiyyatına Şərq mövzusu qədim dövrlərdən daxil olmağa başlamışdır. Bibliyanın qədim tərcümələrində və apokrifik mətnlərdə belə şərq sujetləri mövcud idi. Qərb ədəbiyyatında maraq doğuran Şərq mənbələrindən biri və bəlkə də ən məşhuru “Kəlilə və Dimnə” rəvayətləridir.

XIII əsr katalon missiyoneri, ilahiyyatçı və şairi Ramon Lullun “Heyvanlar haqqında kitab”ı bu bəhrələnmənin açıq hiss edildiyi nümunələrdən biridir. Lullun əsərlərində həm şərq, həm də qərb motivləri vardır.  “Kəlilə və Dimnə”dən fərli olaraq burada heyvanların ot yeyənlər və ət yeyənlər olaraq bölünməsi, onların xarakterinin məhz qidalanmaları ilə birbaşa əlaqələndirilməsi daha ön plandadır. Bu, o dövrün qərb ədəbiyyatında geniş yayılmış bir düşüncə tərzi idi. Ət yeyən heyvanlar nəcib insanları, ot yeyənlər isə sadə əhalinin simvolu olaraq təsvir olunurdu.

Məqaləmizdə fərqli coğrafiyalarda yaranmış olan danışan heyvanlar haqqında  əsərlərin, “Heyvanlar haqqında kitab” və “Kəlilə və Dimnə” arasındakı bənzərlik və fərqliliklərin ortaya qoyulması hədəflənməkdədir. 

Açar sözlər: Ramon Llull, “Heyvanlar haqqında kitab”, “Kəlilə və Dimnə”, Şərq motivləri, mifologiya