YUNUS ƏMRƏ YARADICILIĞINDA YARADANA VƏ YARADILANA SEVGİ
Göyərçin MUSTAFAYEVA

Yunus Əmrə Türk təsəvvüf ədəbiyyatının çox qudrətli divan şairlərindən sayılır ki, o bir-brindən gözəl lirik şeirlərində, Allah, İlahi eşq, varlıq-yoxluq, həyat-ölüm, dünyanın faniliyindən və s. məsələlərin üzərində duraraq islami təsəvvüf fəlsəfəsini çox sadə, çox dərin ən gözəl şəkildə yazmışdır.

Şairin dildən-dilə dolaşan, xalqın qəlbini ovsunlayan əsərləri ədəbiyyat tariximizdə elə yüksək mövqeyə ucalmışdır ki, həyatını hələ də lazımınca bilmədiyimiz, qaranlıq məqamların qaldığı Yunus Əmrə əsrlərdən bəri Türk dünyasında sevilərək oxunan, şeirlərində bir çox “məsələ”lərə toxunulmuş ən vacib məsələlər sırasında “həyat” və “ölüm” çox mühüm yer tutur. Yunusu ucaldan və onu dünya xalqlarının qəlbində bir taxt qurmağa imkan verən cəhət isə, onun qəlbindəki “insan sevgisidir”.

Tərcüməsiz, şeirlərini türk dilində oxuya və anlaya bildiyimiz ən böyük abidəmiz, türk ədəbiyyatı və poeziyasının sufisi hesab edilən sənətkarın yazıb-yaratdığı hər misra Anadolu türkcəsi və türk xalqlarının çox qiymətli dil xəzinəsidir.

Onun “sevgi” sözü bəlkə də ən mənalı şəkildə işlənmiş, bu gözəl söz, bilinən və başa düşülən çərçivələr xaricində yeni zənginliklər qazanmışdır. Başqa sözlə desək, Yunus Əmrə “sevgi” anlayışına lüğət kitablarının verə bilmədiyi yeni bir məna zənginliyi gətirmişdir.

       Yunus Əmrənin şeirləri sərhədlər, qanunlar, qadağalar tanımadan, bütün maneələri aşaraq dünyaya yayılıb, türk xalqları arasında sevginin, birliyin qopmamasına yardım edib, dil birliyini öyrədib, bir-birinə bağlayıb. Yaşadığı dövrdə türkcəni ən gözəl və anlamlı şəkildə istifadə edərək, sanki öz dilinin təbliğatını aparmışdır.

 

 

Açar sözlər: İslam, mədəniyyət, Yunus Əmrə, oğuz türkcəsi, Yunusun Tanrı sevgisi