Məqalədə ekspozisiya tərtibatına müasir yanaşmalar və Nizami Muzeyi ilə digər muzeylər arasındakı əməkdaşlıqdan bəhs edilir. Müəllif Nizami Muzeyinin öz eksponatlarının təqdimatını optimallaşdırmaq, onları ictimaiyyət üçün daha əlçatan etmək üçün müasir texnologiya və innovativ metodlar təklif edir. Bundan başqa, məqalədə digər muzeylərlə əməkdaşlıq resursların, elmi biliklərin və kolleksiyaların mübadiləsinə imkan verən muzeylərarası inteqrasiyanın vacibliyi vurğulanır. Bu əməkdaşlıq muzeyin ekspozisiyasını zənginləşdirməklə yanaşı, mədəni mübadilə və təhsil sahəsində də uğurlara yol açır.
Məqalə strukturuna görə giriş, dörd əsas bölmə, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Giriş hissədə ümumi məlumatlar yer alır. Növbəti bölmələrdə muzeyin arxiv kitablarının onun ekspozisiya tərtibindəki rolu vurğulanır. Digər bölmədə muzeylərarası inteqrasiya və Nizami muzeyinin əməkdaşlıq etdiyi muzeylər, onların ekspozisiyası haqqında məlumatlar yer alır. Bundan başqa məqalədə muzeyin müasir saytı, orada yer alan bölmələr, habelə nəşrlər, muzeyin filialları haqqında informasiya verilir. Oxucu məqalədə Nizami muzeyinin müasir inkişaf istiqamətləri və gələcək perspektivləri haqqında məlumat alacaq.
doi.org/10.30546/2702-0034.2025.2.29.051