Təbiət obrazları Naşide Gökbudakın poeziya və nəsrində tez-tez müxtəlif funksiyalarda özünü göstərir: bəzən şəxsi yaddaşın yükünü daşıyan məkan göstəricisi, bəzən də şəhərin sıx mənzərəsi içərisində yaşamaq üçün mübarizə aparan canlı varlıqlar kimi. Bu məqalədə N.Gökbudakın əsərlərində təbiət təsvirlərinin ekoloji tənqidinə ümumi nəzər salmağa çalışılır. Burada məqsəd sadəcə təbii obrazları təsvir etmək deyil, həm də bu obrazların gender, urbanizasiya, tarix və dil siyasəti ilə necə kəsişdiyini göstərməkdir. Çünki ekotənqidi çərçivə mətnin estetik formasını üzə çıxarmağa, eyni zamanda əsərlərin qeyri-insani “qəhrəmanlar”ı olan təbiət təsvirlərinin müxtəlif funksiyalarını təhlil etməyə köməklik göstrərir. Məqalənin subyekti yazıçının “Feraye” romanıdır. Roman sevgi və insan münasibətlərinin mürəkkəb təbiətini, sosial maneələri və şəxsi fədakarlıqları göstərərək oxucunu emosional şəkildə cəlb edən dramatik və çox vaxt ümidverici hekayələr təqdim edir.
Roman Lawrence Buellin ekokritiki çərçivəsində oxunduğunda, təbiətin personajların yaşadığı insani dram üçün güclü bir zəmin rolunu oynadığını göstərir. Təbii hadisələr hekayəyə canlılıq və dramatik bir atmosfer qatsa da, rəvayətin əsas diqqət nöqtəsi insani münaqişələr, siyasi mübarizələr və sağ qalma narahatlığıdır. Bu, romanın antropomərkəzçi (insan mərkəzli) bir perspektivdən yazıldığını ortaya qoyur.
doi.org/10.30546/2702-0034.2025.2.29.039