KƏMALƏDDİN BEHZADIN NİZAMİ GƏNCƏVİNİN “XƏMSƏ”SİNƏ ÇƏKDİYİ MİNİATÜRLƏR ŞƏRQ TƏSVİRİ SƏNƏTİNİN ŞAH ƏSƏRLƏRİ KİMİ
Firdövs ABDULXALIQOV

Məqalədə böyük Azərbaycan şairi Nizami Gəncəvinin Şərq ədəbiyyatındakı
rolundan və onun əsərlərinin müxtəlif əlyazma nüsxələrindən bəhs olunur. Eyni
zamanda, araşdırmada Şərq miniatürləri haqqında qısa, yığcam məlumat verilir.
Kəmaləddin Behzadın Nizami Gəncəvinin ayrı-ayrı əsərləri üçün çəkmiş olduğu bir
sıra miniatürlər təhlil obyektinə çevrilir. Təhlil prosesində Kəmaləddin Behzadın
Şərq təsviri sənətindəki yeri və statusu elmi qaynaqlara dayanaraq dəyərləndirilir.
Araşdırmada Kəmaləddin Behzadın Nizami Gəncəvinin yaradıcılığına həsr
olunmuş miniatürləri şairin poetik yaradıcılığı ilə bağlı şəkildə qiymətləndirilir. Bu
isə Nizami Gəncəvinin poetik yaradıcılığının miniatürlərə yansımış tərəflərinin öyrənilməsi
baxımından bir sıra məqamlara aydınlıq gətirilməsinə imkan verir. Tədqiq
olunan mövzu ilə bağlı ən mühüm mənbələrə istinad olunmuş, yeri gəldikcə
onlardan bəhrələnilmişdir.

Açar sözlər: Behzad, Nizami, miniatür, təsviri sənət, “Xəmsə”, divan, Şərq