KAMAL TAHİRİN TÜRK SOSİALİZMİ İDEYASI ASİYA İSTEHSAL ÜSULU KONTEKSTİNDƏ
Fatma DURSUNOVA

Bu məqalədə türk solçu yazıçı Kamal Tahirin əsərləri əsasında türk sosializmi ideyası tədqiq edilir. Türk sosializmi ideyası K.Marksın ictimai-iqtisadi formasiyalara dair əsərlərinə əsasən irəli sürülür. Kamal Tahir Marksın çalışmalarına əsaslanaraq, Türkiyənin sosialist cəmiyyəti qurmaq üçün özünəməxsus yolu olduğunu iddia edir. K.Marks “Kapital” əsərində tarixi inkişafın sxeminə mövcud beş mərhələyə əlavə olaraq “Asiya istehsal üsulu” adlandırılan başqa bir mərhələ əlavə edir. Kamal Tahir yazılarında qeyd edir ki, Osmanlı İmperiyasının dövlət quruluşu tarixi inkişafın beş mərhələsinin heç birinə daxil olmayıb. O, Osmanlı İmperiyasını Asiya istehsal üsuluna uyğun olaraq inkişaf edən bir dövlət adlandırır. Kamal Tahirin “Dövlət Ana” romanı Asiya istehsal üsulunun parlaq təsviridir.

Açar sözlər: Kamal Tahir, türk sosializmi, Karl Marks, Asiya istehsal üsulu, “Dövlət Ana” romanı