CƏLİL MƏMMƏDQULUZADƏNİN QARABAĞDA İCTİMAİ, MƏDƏNİ, TƏSƏRRÜFAT VƏ SİYASİ FƏALİYYƏTİ
Vasif QULİYEV

Mə­qa­lə Cə­lil Məm­məd­qu­lu­za­də­nin Qa­ra­bağ­da ic­ti­mai, mə­də­ni, tə­sər­rü­fat və si­ya­si fə­a­liy­yə­ti­nə həsr olu­nub.

Bö­yük ədi­bin ikin­ci də­fə Qa­ra­bağ­la ta­nış­lı­ğı 1907-ci ilin iyun ayın­dan - Hə­mi­də xa­nım Ca­van­şir­lə ai­lə hə­ya­tı qu­ran­dan son­ra baş­la­mış­dı. Hə­min vaxtdan da­hi ya­zı­çı öm­rü­nün so­nu­na­dək müx­tə­lif fa­si­lə­lər­lə Kəh­riz­li­də ya­şa­mış, öz işi, əmə­li, ya­ra­dı­cı­lıq fə­a­liy­yə­ti ilə bu kən­din hə­ya­tın­da si­lin­məz iz­lər qo­ya­raq onun ta­ri­xi­nə ne­çə-ne­çə ma­raq­lı sə­hi­fə­lər yaz­mış­dır.

Cə­lil Məm­məd­qu­lu­za­də Kəh­riz­li­yə gə­lən gün­dən sa­də, meh­ri­ban, zəh­mət­keş adam­lar­la qay­na­yıb-qa­rış­mış, on­la­rın ya­şa­yış tər­zi ilə ya­xın­dan ta­nış ola­raq dərd-sər­lə­ri­ni, eh­ti­yac­la­rı­nı öy­rə­nib-bil­miş, prob­lem­lə­ri­nin ara­dan qal­dı­rıl­ma­sı­na ba­car­dı­ğı qə­dər kö­mək­lik gös­tər­miş­dir.

Mir­zə Cə­lil Kəh­riz­li­də Hə­mi­də xa­nım­la bir­lik­də bir çox mə­də­ni təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nin tə­şəb­büs­ka­rı və ömür-gün yol­da­şı­nın ar­zu­la­rı­nın hə­ya­ta keç­mə­sin­də ona bö­yük yar­dım­çı ol­muş­dur. Kənddə on­lar bir­lik­də mək­təb aç­mış, ki­tab­xa­na ya­rat­mış, to­xu­cu­luq ema­lat­xa­na­sı aç­mış, tə­sər­rü­fat iş­lə­ri də gör­müş­lər.

Cəlil Məmmədquluzadənin bir sıra yazılarından onun həm də gözəl və səliqəli bir kitabxanaşünas olduğu məlum olur. Xalqın savadlanmasında, millətin oyanmasında kitabı, kitabxana işini həmişə ön plana çəkən ona böyük əhəmiyyət verən diqqət yetirən böyük ədib bir çox məqalə, məktub və felyetonlarında, habelə “Molla Nəsrəddin” jurnalında çıxmış karikaturalarda bu barədə gözəl fikirlər söyləyir, zəhmətkeş balalarını elm öyrənmək üçün dini kitabların əvəzinə Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi”ni, Mirzə Mülküm Xanın əsərlərini, M.F.Axundovun komediyalarını, Molla Pənah Vaqifin, M.Ə.Sabirin şeirlərini oxumağı məsləhət görür, oxucuları kitabdan və jurnaldan səmərəli istifadə etməyə, ədəbiyyatı qayğı ilə qoruyub saxlamağa çağırırdı.

Bö­yük de­mok­rat ya­zı­çı ey­ni za­man­da si­ya­sət­lə də məş­ğul ol­muş­dur.

Açar sözlər: Bəhmən Mirzə Qacar, Əhməd bəy Cavanşir, Mirzə Ələkbər Sabir, Əliş bəy Cavanşir, Salman Əlibəyov, Kərbəlayı Əli Babayev, Əbdülkərim bəy Mehmandarov, Qəmər xanım Əliyeva