AŞIQ AĞALAR MİKAYILOV YARADICILIĞI
Sədaqət ƏSGƏROVA

Azərbaycan aşıq sənəti - şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.  Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir. Klassik aşıq havalarından bayatı, gəraylı, qoşma, təcnis və başqaları poetik formalara əsaslanır. "Kərəmi”, "Əfşarı”, "Kürdü”, "Dilqəmi”, "Yanıq Kərəmi” kimi aşıq havalarının ayrı-ayrı variantları mövcuddur.

  Qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.
         Bir də aşıq sənəti sinkretik xarakter daşıyırdı. Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir. Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirirdi. Bu cəhətləri özündə cəmləşdirən və şagirdlər tərbiyə edən sənətkarlara “ustad aşıqlar ” da deyilirdi.

Qeyd etməliyik  ki, milli-etnik və tarixi-mədəni kökləri ilə çox qədim dövrlərə gedib çıxan aşıq sənəti özünəməxsus təşəkkül və inkişaf yolu keçmişdir. Sinkretik bir sənət kimi aşıq yaradıcılığı tarixin müxtəlif dövlərində mürəkkəb sosial-siyasi, ictimai-mədəni, ədəbi-estetik şəraitlərdə inkişaf dialektikasını davam etdirmiş, sözün gerçək anlamında türkün genetik yaddaşının qoruyucusuna və daşıyıcısına çevrilmişdir.

Tarixi qədimliyi və əhatə etdiyi coğrafi genişlik bu sənətin regional xüsusiyyətlərini, milliməhəlli koloritin özünəməxsus cizgilərini də sistemli şəkildə öyrənməyi tələb edir. Məsələyə bu aspektdən yanaşdıqda, ayrı-ayrı aşıq mühitlərinin, o cümlədən Aşıq Ağalar Mikayılovun həyat və yaradıcılığının Azərbaycan aşıq sənəti kontekstində tədqiq olunub araşdırılması zəruri bir problem kimi ortaya çıxır.

          Azərbaycan folkloru, o cümlədən aşıq sənəti XX əsrədək müəyyən istisnalar olmaqla, əsasən Sovet hakimiyyəti illərində daha sürətlə öyrənilməyə başlanmışdır. Nəzərə alsaq ki, bu dövrdəki araşdırmalarda, əsasən aşıq sənətinin ümumi məsələlərindən, ayrı-ayrı aşıqların həyat və yaradıcılığından bəhs olunmuşdur.   

Açar sözlər: poeziya, təhkiyə, rəqs, pantomim, can yanğısı, milli-etnik