BİR DAHA CƏLİL MƏMMƏDQULUZADƏNİN DOĞUM TARİXİ HAQQINDA
Nazir ƏHMƏDLİ

Məqalə müəllifinin boyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin doğum tarixi  haqqında 2017-ci ildə dərc etdirdiyi məqalədəədibin həyat yoldaşı H.Məmmədquluzadənin professor A.Zamanov tərəfindən tərcümə edilmiş xatirələrinə istinad verilmişdir. Məqalənin dərcindən sonra xatirələrinM.Vəzir tərəfindən edilmiş yeni tərcüməsi məqalə müəllifinin diqqətini çəkmişdir. Yeni tərcümədə Mirzə Cəlilin doğum tarixi 1865-1866-cı illər göstərilmişdir. A.Zamanovun tərcüməsində isə H.Məməmmədquluzadə yazıçının pasportuna əsaslanaraq onun 1869-cu ildə doğulduğunu yazır. Məqalə müəllifi məsələni araşdırmaq üçün H.MəmmədquluzadəninMəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, 6-cı fondda saxlanan “Mirzə Cəlil Məmmədquluzadənin (Molla Nəsrəddin) tərcümeyi-halı” adlı əlyazmanın orijinalına müraciət etmək qərarına gəlmişdir. Məlum olmuşdur ki, H.Məmmədquluzadə adı çəkilən əlyazmasının üzünü 2 dəfə köçürmüş və təkmilləşdirmişdir. A.Zamanov  sonuncu, təkmilləşdirilmiş variantdan (378 nömrəli saxlama vahidi) istifadə etmiş, M.Vəzir isə ilkin varianta üstünlük vermişdir.

Bundan başqa, məqalə müəllifi C.Məmmədquluzadənin öz əli ilə yazdığı tərcümeyi-halı da tədqiq etmişdir. 1926-cı ildə qələmə aldığı tərcümeyi halında yazıçı etiraf edir ki, anadan olduğu vaxtlar doğum şəhadətnaməsi verilmədiyindən, nə zaman doğulduğunu özü də dəqiq bilmir. C.Məmmədquluzadətərcümeyi-halda doğum tarixi olaraq 1868-1870-ci illəri göstərir.

Məqalə müəllifi Naxçıvan şəhərinin 1873-cü və 1886-cı illərdə tərtib edilmiş kameral təsvirlərinə əsaslanaraq, ədibin 1868-ci ildə doğulduğunu müəyyən etmişdir.

Açar sözlər: Mirzə Cəlil, Naxçıvan, H.Məmmədquluzadə, əlyazma, A.Zamanov, Ə.Şərif, İ.Həbibbəyli, Qori, seminariya