XIX ƏSR AZƏRBAYCAN ŞEİRİNDƏ HƏRB MÖVZUSU
Güllü XƏLİLOVA

Bu məqalədə XIX əsr Azərbaycan ədəbiyyatının müxtəlif nümayəndələri nəzərdən keçirilmişdir. Bu dövrdə hərb poeziyası nümunələri meydana gətirən müxtəlif sənətkarlar yaşamışdır. Onlardan Mirzə Baxış Nadim, Baba bəy Şakir, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə və digərlərini göstərmək olar. Bu

məqalədə müəyyən faktlar, tarixi hadisələr göstərilmişdir ki, bunlar da həmin hərbi poeziya nümunələrinin yazılmasına səbəb olmuşdur.

Bu məqalədə haqqında danışılan sənətkarlar XIX əsr Azərbaycan hərb poeziyası nümunələrinin yaranmasına təsir edən bir çox tarixi hadisələrdə yaxından iştirak ediblər.

Açar sözlər: tarix, müharibə, xalq, hərb poeziyası, ədəbiyyat