MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATINDA REPRESSİYA İCTİMAİ-SİYASİ PROSESİN ƏN BÖYÜK HADİSƏSİ KİMİ
Kəmalə CƏFƏROVA

Yazıda sovet repressiyalarının törətdiyi faciələr müasir Azərbaycan ədəbiyyatında, tənqid və ədəbiyyatşünaslığında, memuar tipli və publisistik əsərlərdə araşdırılır, bu mövzuda yazılmış elmi və bədii əsərlərə qiymət verilir, sovet repressiyalarının törətdiyi faciələr sistemli şəkildə tədqiqat obyektinə çevrilir. Soyqırımına bərabər tutulan bu repressiyaların Azərbaycanın ən çox üzdə olan tərəqqipərvər ziyalılarını – görkəmli alimləri, istedadlı şair və yazıçıları, dövlət xadimlərini, hərbçilərini… qısaca desək, minlərlə günahsız insanı xalqdan qoparıb apardğından, bu faciədə xalqımızın yüksək intellektə malik oğul və qızlarının üç nəslini itirməsindən  danışılır. Repressiyanın mahiyyəti, onu doğuran səbəblər və konkret olaraq keçən əsrin 20-50-ci illərində bu repressiyaların sənət və elm aləminə vurduğu böyük mənəvi zərbələr nəzərə çarpdırılır; müasir Azərbaycan şeirində, nəsrində, dramaturgiyasında repressiya mövzusunda yazılan əsərlərdən geniş söz açılır.

Açar sözlər: müasir Azərbaycan ədəbiyyatı, sosializm realizmi epoxası, repressiya, ictimai-siyasi proseslər