ƏDƏBİYYATDA EŞŞƏK ALLEQORİYASI SATİRİK FİKRİN İFADƏ VASİTƏSİ KİMİ
Nəzmiyyə YİGİTOĞLU

Qarabağın işğalı və qaçqınlıq faciəsi bu gün Azərbaycan ədəbiyyatı və filologiyasının öyrəndiyi əsas mövzulardan biridir.

Təqdim edilən araşdırma tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin yurdundan didərgin bir xalqın faciəsini təsvir edən “Boz eşşəyin məktubları” alleqorik hekayəsinə həsr olunmuşdur. Bəhs edilən mövzuda yaradılmış digər əsərlərdən fərqli olaraq bu hekayənin əsas qəhrəmanı tərk edilmiş bir kəndi dolaşan tənha eşşəkdir.

Məqalədə alleqorik üslubun, həmçinin, dünya ədəbiyyatında rast gəlinən eşşək obrazlarının ideya-estetik xüsusiyyətlərindən də bəhs olunur.

Açar sözlər: Corc Oruell, “Heyvanıstan”, “Kitab yüklü eşşək”, müharibə nəsri