ELMİ-FANTASTİK ƏDƏBİYYATDA POSTAPOKALİPSİS MOTİVLƏRİ
Dürdanə SƏMƏDOVA

Məqalədə dünya ədəbiyyatında əsas janrlardan sayılan fantastika janrı araşdırılmışdır. Müəllif fantastikaya verilən tərifləri ümumiləşdirərək, ədəbiyyatda bu anlayış altında başa düşülən ədəbi hadisənin izahını verməyə çalışmışdır. Fantastik ədəbiyyatın janrdaxili bölgüsü də diqqətdən kənarda qalmamış, fantastik ədəbiyyat mövzusuna görə təsnif edilərək doqquz yerə ayrılmışdır. Məqalədə son illər fantastik ədəbiyyatda aparıcı mövqedə olan postapokalipsis motivlərinə müraciət edilmişdir. Postapokalipsis motvinin yaranma tarixi və şəraiti tədqiq edilmiş, ədəbiyyatda bu janra müraciət edən yazıçı-fantastların əsərləri təhlil edilmişdir.

Açar sözlər: ədəbiyyat, fantastika, motiv, postapokalipsis, ədəbi cərəyan