İNTİHAR ƏBƏDİ VƏ ƏDƏBİ PROBLEM KİMİ
Sevil MƏMMƏDƏLİYEVA

Məqalədə intihar hadisəsi ədəbi nümünələr əsasında psixoloji, sosioloji, dini və fəlsəfi aspektdən işıqlandırılmışdır. Qeyd edilir ki, suisid psixiatrik ədəbiyyatda psixi xəstəlik, sosioloqlar tərəfindən sosial və iqtisadi problemlərin təzahürü, bədii və fəlsəfi ədəbiyyatda isə insanın ruhi sarsıntılarının nəticəsi kimi təqdim edilməkdədir. Bununla belə, məqalədə insan həyatında baş verən bu hadisə əsasən, psixoloji hal kimi dəyərləndirilmişdir. Qeyd edilmişdir ki, bədii ədəbiyyatda təsvir olunan personajların intihar qərarı və bu qərarın icrası qəfil baş vermir, hadisələrin təsviri ilə sanki intiharın qaçılmaz olduğu anlaşılır. Bu anlaşılma isə obrazın ruhi halındakı dəyişikliklərin fonunda təqdim edilir. Bununla belə o qənaətə gəlinir ki, intiharı sosial, siyasi, dini və s. mahiyyətin dayanmasından asılı olmayaraq, psixoloji-fəlsəfi hal hesab etmək daha düzgün olardı. 

Açar sözlər: intihar, psixi xəstəlik, ruhi sarsıntı, psixoloji hal