BRİTANİYA POSTMODERNİST ROMANINDA JANR POLİFONİZMİ (A.Bayett və L.Norfolkun yaradıcılıqları əsasında)
Yeganə ABDULLAYEVA

XX əsr ədəbiyyatşünaslığının əsas problemlərindən biri də janr polifonizmidir. Məlumdur ki, roman yeganə janrdır ki, formasını dəyişməyə meyillidir və elə bununla bağlı onun roman-mif, roman-nağıl, roman-hekayə, roman-pritça kimi növləri yaranıb. Son dövrlər Qərb ədəbiyyatında, xüsusilə, Britaniya ədəbiyyatında romanın forma dəyişikliyinə rast gəlinir. Bu sıraya C.Barns, A.Bayett, L.Norfolk romanlarını da aid etmək olar. Məqalədə adı çəkilən yazıçıların əsərləri əsasında postmodernist romanda janr polifonizminə aydınlıq gətirilir, Britaniya ədəbiyyatında ən məşhur“Raqnarok. Tanrıların sonu”, “Dünyanın tarixi 10½  fəsildə” və“Qaban qiyafəsində” roman-mifləri təhlilə çəkilir və məqalənin problem dairəsinə uyğun şərhlər verilir.

Açar sözlər: Britaniya postmodernist romanı, A.Bayett, L.Norfolk, janr polifonizmi