ƏHMƏD FAKİHİN HƏYAT, YARADICILIQ VƏ MƏNQİBƏLƏRİNƏ YENİ BİR NƏZƏR
Fəridə Hicran VƏLİYEVA

Məqalə əsasən XIII əsr mütəfəkkirlərindən olan Əhməd Fakihin həyat və yaradıcılığından bəhs edir. Burada Fakihlə bağlı bir  çox mənbələrdən və bu mən­bə­lərdə əksini tapan mənqibələrdən söhbət açılır. Şairin iki məlum məsnə­vi­sinin məzmun və ideyasına toxunulur. Hər iki məsnəvidən nümunələr verilir. Ə.Fakihin müasirlərindən fərqli cəhətləri də məqalədə göz önünə gətirilir. Əsərin dilinin sadəliyindən, avaz və ölçüsündən  bəhs edilir. Təsəvvüfü baxışla uyğun mistik ölüm çərçivəsində Allaha qovuşmağın yollarına və bununla bağlı bir çox  nəzəriy­yə və fərziyyələrə aydınlıq gətirilir. Uzaq keçmişdən bu günü­mü­zə qədər gəlib çatan bəzi mistik anlayışlar təhlil edilir. Şairin mən­bə­lər­də əksini tapan kəra­mət­lərdən bəhs olunur. Ə.Fahik haqqında söylənən bəzi müəm­malı fikirlərə də aydınlıq gətirilir. Məqalədə  “Çarhnamə” əsərindən nümu­nə­lər verilir. Əsərin əsas mahiyyəti incələnir. “Kitabi  Evsafi Mesacidis – Şe­ri­fe” əsərinin yazılma səbəbi də məqalədə yer alır. Şairin olum və ölüm hadisəsinə münasibəti çözələnir. Onun şəriət  ehkamlarına və batini aləmə baxışına aydınlıq gətirilir. Əsərlərindəki İnsan və Tanrı konsepsiyasına münasibəti açıqlanır. Məqalədə səyahət zamanı gəzdiyi yerləri təsviretmə məharətinə də toxunulur.    

 

 

 

Açar sözlər: fiqh, etiraf, təxəllüs, Rum, Konya, mənqibə, həyat, bariz