EPOS YARADICILIĞI VƏ MİLLİ EPİK ƏNƏNƏNİN ÜMUMİ ASPEKTLƏRİ (Şirvan dastanları əsasında)
Tariyel QƏNİ

Epos bir forma olaraq milli epik ənənənin bütünlükdə mahiyyətini açmaq gücü ilə səciyyələnir. Şirvan folklor mühiti əsasında aparılan təhlillər bunun göstəricisi kimi mühüm dəyər qazanır. Xalqın tarixi-mədəni təsəvvürlərini, həyat tərzini yaradıcılıq düşüncəsini açıqlamağa imkan yaradır. “Şirvanlı Qəhrəman şah”, “Adıgözəl və Aslan şah”, “Şahzadə Qasım”, “Seydi və Pəri”, “Koroğlunun Şirvan səfəri” və s. bunun göstəricisidir. Tipoloji müstəvidə yanaşmalar eposun funksional səviyyəsində mifdən bu yana olanları əhatələmək gücünü aydınlaşdırır. Məhəlli səviyyədə Şirvan mühitinin öyrənilməsi digər mühitlərə olan marağı da artırır. Bütün bunlar Şirvan epos yaradıcılığının fundamental məzmununu geniş kontekstdə araşdırmağı gərəkli edir.

 

 

Açar sözlər: Şirvan folklor mühiti, dastan yaradıcılığı, epos ənənəsi, aşıq repertuarı, dastan strukturu