NİZAMİ GƏNCƏVİNİN “XƏMSƏ”SİNDƏ MUSİQİ ELEMENTLƏRİNİN BƏDİİ İFADƏSİ
Dilbər HÜSEYNOVA

Azərbaycan musiqisi haqqında Qobustan (e.ə. XII-VI minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən zəngin və vacib məlumatlar əldə edilmişdir. "Kitabi-Dədə Qorqud"da (VII əsr), Nizaminin, Xaqaninin, Füzulinin əsərlərində Orta əsrlərin musiqi həyatı, alətləri barədə ətraflı məlumat verilmişdir. Azərbaycan ədəbiyyatının yüksək zirvəsini təşkil edən Nizami Gəncəvinin yaradıcılığı ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Başdan-başa musiqi elementləri ilə dolu olan Nizaminin “Xəmsə”si sanki, Azərbaycanın danılmaz musiqi mədəniyyəti haqqında əvəzolunmaz tarixi sənəddir.

Açar sözlər: Nizami Gəncəvi, “Xəmsə”, musiqi alətləri, muğam