Məqalədə ərəb ədəbiyyatında mərsiyənin yaranma və inkişaf tarixindən danışılır. Lakin mərsiyənin yaranmasına qədər cənazə musiqisinin necə meydana çıxması da maraq doğurmaya bilməz. Buna görə də məqalədə bu məsələyə də yer ayrılır, ilk cənazə mahnılarının müəllifi kimi sayılan Adəm peyğəmbərin əhvalatı qeyd olunur. Daha sonra janr haqqında geniş məlumat verilərək ərəb ədəbiyyatında olan ən parlaq nümayəndələr və nümunələr əks olunur. Məqalənin əsas obyekt və predmetinin tədqiqi ilə bağlı Xənsa, Əbu əl-Ətahiyyə, İbn Sureyc kimi məşhur şəxslərin adları çəkilir, eyni zamanda İqnas Qoldsierin mərsiyə ilə bağlı məqaləsinə və bütün dövrlərdə qiymətli yazılı mənbə sayılan Əbu əl-Fərəc əl-İsfəhaninin “Kitəb əl-əğani” əsərinə müraciət olunur. Yeri gəldikcə isə Azərbaycan ədəbiyyatında da gözəl nümunələri olan mərsiyə janrı ilə müqayisələr aparılır. Belə ki, Kərbəla hadisəsi münasibəti ilə bizim ənənələrimizdə də Məhərrəmlik ayının qeyd olunması və buna görə də mərsiyələrin geniş vüsət alması heç də təsadüfi deyildir. Bu səbəbdən də düşünürük ki, həm Azərbaycan, həm də ərəb ədəbiyyatında mərsiyələrin tədqiq olunması bu sahədə maraqlı nəticələr əldə etməyə kömək ola bilər.
ƏRƏB ƏDƏBİYYATINDA MƏRSİYƏ JANRININ TARİXİ İNKİŞAFI VƏ ONUN PARLAQ NÜMUNƏLƏRİ
Açar sözlər: mərsiyə janrı, niyahə, yas mərasimi, Cahiliyyə dövrü
CARİ BURAXILIŞ