Genderin postkolonial ədəbiyyatda reprezentasiyası
Vüsalə Ağabəyli

Bu məqalədə bizi maraqlandıran gender məsələsidir. Bunun üçün postkolonial dövrü seçməyimiz də təsadüfi deyil. Postkolonial dövr bir çox məsələlərin şərhi üçün imkan yaradır. İdentiklik və təmsilolunma problemləri bir-biri ilə sıx əlaqədə olub, icmanın formalaşmasına təsir edən bu cür məsələlərdən biridir. Postkolonial ədəbiyyat identikliyini hiss etdirməyə, sübut etməyə çalışan bir nəslin ədəbiyyatıdır. Bu zaman gender xüsusi diqqət çəkən amildir. İdentiklik krizisi yaşayan bir cəmiyyətdə cinsi fərqlilik ikiqat problem yaradır. Buraya yalnız qadın və kişi və ya fərqli cinsi tendensiyaların problemi aid deyil, həm də bütün bu identiklik göstəriciləri ilə yanaşı irqi, mədəni, siyasi kimliyin təsdiqi səbəbi ilə ortaya çıxan vəziyyətin şərh olunması daxildir. Bu zaman gender probleminin təqdimatı, əks olunub-olunmaması və əksi üsulu əsas diqqəti çəkən məsələlərdir.

Açar sözlər: gender, təmsil olunma, postkolonial, identiklik, bədii ədəbiyyat