Vaşinqton İrvinqin “Məhəmmədin həyatı” romanının yenilikçi xarakteri
Naibə Kərimli

Əsrarəngiz Amerika romantiki Vaşinqton İrvinqin istedadı müxtəlif janrlarda özünü göstərib. Amerika novellasının banisi olaraq İrvinq ədəbi istedadını daha çox ədəbi portret və ya roman-bioqrafiya janrına yönəltmişdir. Ədəbi portretlər qalereyası “Məhəmmədin həyatı” bioqrafik romanı ilə tamamlanır. İrvinqin romanının rus dilinə tərcümələri içərisində ən məşhurları P.V.Kiriyevskinin və L.P.Nikiforovun tərcümələridir. Bu gün cəsarətlə demək olar ki, İrvinq amerikalılar üçün İslamı və Məhəmməd peyğəmbəri kəşf etmişdir.

Açar sözlər: “Quran”, ABŞ romantizmi, Məhəmməd peyğəmbər