Klassik Azərbaycan poeziyasında Gözəlin kateqoriya və obrazları
Aida QASIMOVA

Məqalə Klassik Azərbaycan poeziyasının əsas təsvir obyekti olan Gözəlin Nəsimi, Həqiqi, Füzuli, Kişvəri və b. şairlərin yaradıcılığında rast gəlinən kateqoriya və obrazlarını araşdırır. Burada Gözəlin beş əsas kateqoriyasının – İlahi gözəl, İlahi gözəlin cismani manifestasiyası olan kamil insan, şahid və gözəl qadının poetik tərif və vəsf üsulları göstərilir. Məqalədə aşiqlə ilahi gözəlin vəhdəti ayrıca bir kateqoriya kimi vurğulanır.Gözəlin vəsfində üz cizgilərinin fəlsəfi-bədii tutumu ayrıca işıqlandırılır.

Açar sözlər: Azərbaycan poeziyası, gözəllik, hürufizm, sufizm, Nəsimi, Füzuli