Nizami muzeyi Şərq poeziyası kimi gözəl və maraqlıdır
Zarema İbrahimova

"Nizami muzeyi Şərq poeziyası kimi gözəl və maraqlıdır" adlı bu məqalədə muzeyşünaslıq problemləri araşdırılır, bütün dünyada və Azərbaycanda ilk muzeylərin açılmasından, həmçinin 1939-1945-ci illərdə Nizami muzeyinin yaradılmasından bəhs olunur. Ötən səksən il ərzində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ekspozisiyası dəfələrlə dəyişilib və zənginləşib. Məqalədə Nizami muzeyində baş verən inkişaf və innovasiya prosesi, həmçinin muzeyin qonaqlarının rəyləri araşdırılır. İlk açılış günündən Nizami uzeyini dünyanın bir çox ölkələrindən müxtəlif peşə sahibləri olan qonaqlar ziyarət ediblər. Bu məqalədə Nizami muzeyini ziyarət etmiş və muzeyin Rəy Kitabında öz təəssürat, arzu və təkliflərini bildirən görkəmli elm və mədəniyyət xadimlərinin adları qeyd olunur. Bu baxımdan Nizami muzeyinin rəy kitablarının, qonaqların təklif, məsləhət və qeydlərinin tədqiq edilməsi muzeyşünaslığın inkişafında çox böyük rol oynayır.

Açar sözlər: мuzey işi, Nizami muzeyi, muzeyin qonaqları, rəylər