BƏDİİ DÜŞÜNCƏNİN TƏQDİMAT FORMALARI
Mahirə HACIYEVA

Bədii düşüncə adətən epik, dramatik və lirik formalar olaraq qruplaşdırılır. Epik forma təhkiyəyə əsaslanırsa dramatik forma təhkiyə ilə hərəkəti birləşdirir. Ötən əsr özündə bədi düşüncəni, elmi nəaliyyətləri, təhkiyəni və hərəkəti birləşdirən möcüzəvi formanın – kinonun formalaşmasına şahidlik etdi. Bədii formaların əhəmiyyət və təsir dairəsi böyükdür. Yarandığı dövrün mədəni, siyasi və sosial meyllərinin təzahürü olaraq bədii ədəbiyyat və bədii kino həm bu meyilləri əks etdirən, həm də onların formalaşma prosesində iştirak edən aktiv güzgü rolu qazanır.

 

 

 

Açar sözlər: təhkiyə, ifa, roman, dram, kino