MÜASİR POEZİYADA SEYİD İMADƏDDİN NƏSİMİ OBRAZI
Gülgün ƏLİYEVA

Məqalədə klassik Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Seyid İmadəddin Nəsimi obrazının çağdaş poeziyada inikas etməsindən bəhs olunur. Nizami və Xaqani, Füzuli və Xətayi, M.P.Vaqif və M.Ə.Sabir kimi klassik sənətlkarlarımızla bir sırada Nəsimi də bugünkü milli-bədii təfəkkürümüzün mənəvi-estetik mənbələri sırasındadır. Xüsusən, XX yüzilin ikinci yarısındakı poetik prosesdə Nəsimiyə müraciətin intensivləşdiyi müşahidə olunur. Nəsimi poeziyası Azərbaycan ədəbiyyatının milli müstəqillik uğrundakı mübarizəsində əsas istinad nöqtələrindən biri kimi diqqətəlayiqdir. Əminliklə söyləmək mümkündür ki, müasir poeziyamızın əksər istedadlı nümayəndələri Nəsimi yaradıcılığına və obrazına öz poetik məqsədlərini gerçəkləşdirmək üçün müntəzəm olaraq müraciət etmişlər.

 

Açar sözlər: klassik poeziya, Seyid İmadəddin Nəsimi, müasir poeziya, Məmməd Araz, Əli Kərim, Xəlil Rza Ulutürk