ƏSSAR TƏBRİZİNİN “MEHR VƏ MÜŞTƏRİ” MƏSNƏVİSİNDƏ HUMANİST İDEYALAR, ESTETİK VƏ ELMİ-FƏLSƏFİ GÖRÜŞLƏR
Ruziyə QULİYEVA

Nizami ədəbi məktəbinin davamçılarından olan Əssar Təbrizi “Mehr və Müştəri”poemasında klassik Şərq ədəbiyyatı ənənələrinə sadiq qalaraq öz əsərini Allahın, Məhəmməd Peyğəmbərin tərifi, peyğəmbərin meracı haqqında, ərşin yaranma səbəbi kimi ənənəvi müqəddiməilə başlamış və ilahi еşqinfəlsəfi mahiyyəti haqqında dəyərli fikirlər söyləmişdir. Şair göstərir ki, kainatı yaradan, ulduzları hərəkətə gətirən və onlar arasındakı cazibə qüvvəsini xəlq edən Allahdır. Allahın adı olmadan səyyarələr dövr edə bilməz. Harаda Allahın adı varsa, o yerdə ilahi eşq və məhəbbət də var. Çünki yaradılışın əlifbası Allahın adıyla başlanır. Fələklər onun vüsalına çatmaq üçün seyrə çıxır. Günəşə hərarət verən Onun sevdasıdır. Allah qüdrətlidir. Onun ən gözəl adlarından biri də Qadirdir. Məhz bu səbəbdəndir ki, ilahi eşqi hər şeydən üstün tutan Əssar Təbrizi Allaha sığınır.

Şair göstərir ki, insan öz varlığını unudan zaman həqqə qovuşur və ilahi eşqin içərisində əriyərək ölməzlik qazanır.

Klassik məsnəvilərdə olduğu kimi “Mehr və Müştəri”də də əsərin yazılma səbəbi haqqında məlumat verilir. Şair gösrərir ki, alimlər, fəzilət sahibləri əziyyət içində məhz odur. Yer üszündə hakimiyyət nadanların əlindədir. Ülvi məhəbbəti,

ilahi eşqi hər şeydən üstün tutan Əssar Təbrizi elmə, elm adamlarına yüksək qiymət verərək elmi Dirilik suyu adlandırır.

Açar sözlər: Azərbaycan ədəbiyyatı, epik şeir, məsnəvi, Əssar Təbrizi, Mehr və Müştəri, ənənəvi başlıqlar, haşiyələr