FƏTƏLİ ŞAH QACARIN “MƏCNUNA TƏNƏ” MƏSNƏVİSİ NİZAMİ GƏNCƏVİNİN “LEYLİ VƏ MƏCNUN” POEMASININ ƏNƏNƏLƏRİ KONTEKSTİNDƏ
Gülnar ƏQİQ

Aşiqanə mövzuların qəzəllə yanaşı, lirik mənzum əsərlər formasında yaranması farsdilli poeziyada  çox böyük vüsət tapmışdır. XII yüzillikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı  romantik poemaların tarixində ən böyük zirvədir.

O özündən əvvəlki məşhur məhəbbət əfsanələrini nəzmə çəkərək Şərq ədəbiyyatının nadir incilərini yaratmış və ondan sonra da əksər lirik poema müəllifləri Nizaminin forma və üslubundan bəhrələnmişlər.   

         Bu məqalədə adlarını çəkdiyimiz şairlər və onların əsərlərindən gətirdiyimiz nümunələr məsnəvi-poema janrının lirik-epik janr olaraq inkişaf dinamikasını əks etdirir.

Nizami məktəbinin təsiri altında lirik şeir parçası qələmə alan şairlərdən biri də qacarlar sülaləsinin ikinci hökmdarı Fətəli şah Qacar olmuşdur. Məsnəvi formasında yazılmış bu əsər həcmcə kiçik olmağına baxmayaraq, məna və məzmun, poetik xüsusiyyətləri baxımından kamil bir bədii əsərdir. 

Açar sözlər: Nizami Gəncəvi, Leyli və Məcnun, Fətəli şah Qacar, poeziya ənənələri, məsnəvi