MİR MÖHSÜN NƏVVABIN “TƏZKİREYİ-NƏVVAB” ƏSƏRİ HAQQINDA BƏZİ QEYDLƏR
Əkrəm BAĞIROV

XIX əsr Qarabağ ədəbi mühiti haqqında iki təzkirə yazılıb. Bunlardan biri ədəbiyyatşünas-təzkirəçi, ensiklopedik biliyə malik və öz dövrünün müxtəlif elm sahələrinə aid coxsaylı əsərlər yazmış Mir Möhsün Nəvvabın (1833-1918) “Təzkireyi-Nəvvab” əsəri, o biri isə “Müştəri” təxəllüslü şair Məhəmmədağa Müctəhidzadənin (1867-1958) “Riyazül-aşiqin” təzkirəsidir. XIX əsr Azərbaycan ədəbiyyatını tədqiq edən bircə tədqiqatcı da bu təzkirələrsiz keçinməmiş, onlara

mötəbər bir mənbə kimi yanaşmışlar. Məqalə avtoqraf əlyazması AMEA M.Fizuli adına Əlyazmalar İnstitutunun xəzinəsində muhafizə olunan “Təzkireyi-Nəvvab” əsərinin XIX əsr Qarabağ mühiti ilə bağlı ədəbi-poetik təhlilinə həsr olunmuşdur.

Açar sözlər: Mir Möhsün Nəvvab, “Təzkireyi-Nəvvab”, “Məclisi-Fəramuşan”, Azərbaycan, Qarabağ, əlyazma