CƏMİYYƏTİ İDARƏETMƏ SİSTEMİNƏ BƏDİİ MÜNASİBƏTDƏ ƏNƏNƏVİLİK
Nərgiz QƏHRƏMANOVA

Məqalə ictimai problem və dövlət quruluşu məsələlərinə bədii münasibətdə ənənəvilik probleminə həsr edilib. Müəllif bu tendensiyanı qədim yazılı ədəbi nümunələrimizdən başlayaraq, müasir ədəbi prosesədək apardığı araşdırmaları ilə izləyir. Belə qənaətə gəlir ki, xalq həyatı ilə sıx bağlı olan sənətkarlar - əqidə və məfkurə sahibləri həmişə ictimai mühitə qarşı həssas olmuş, dövrün ziddiyyətlərini və eybəcərliklərini ifşa etmiş, cəmiyyətin saflaşması, yeniləşməsi, demokratikləşməsi kimi mütərəqqi ideyalar irəli sürmüşlər. Bu isə özlüyündə köklü və dinamik xarakterli bir ədəbi ənənənin formalaşmasına gətirib çıxarmışdır.

Açar sözlər: ənənəvilik problemi, cəmiyyəti idarəetmə, ədəbiyyatda milli özünüdərk, Sovet Azərbaycanı ədəbiyyatı