NAĞILIN İNSAN ŞÜURUNDA UZUNƏSRLİK HÖKMRANLIĞI
Rəhilə SADIQOVA

Bu məqalədə qarşıya qoyulan əsas məqsəd şifahi xalq ədəbiyyatının bir qolu olan nağıla ədəbi janr kimi yanaşmaq deyil, əksinə, onun dinləyiciyə və oxucuya göstərdiyi təsiri, özündən sonra onda hansı izlər buraxdığını və nağılın psixologiya elmində tutduğu əhəmiyyətli yerini aydınlaşdırmaqdır.

Hər bir nağıl müəyyən psixoloji təsirə malikdir və məhz bu xüsusiyyətinin sayəsində o, bir-birindən kəskin fərqlənən müxtəlif mədəniyyətlərdə öz varlığını qoruyub saxlaya bilmişdir. Nağıllarda insanların əsas psixoloji problemləri - arxetipik mənəvi təzadları rəmzi şəkildə öz əksini tapmışdır.

 

 

Açar sözlər: nağıl, arxetip, psixoloji təsir, şüur, Karl Qustav Yunq, nağıl terapiyası, Şəhrizad