TÜRKDİLLİ XALQLARIN MİFOLOGİYASINDA TOTEMLƏR
İlhamə GÜLTƏKİN

Bu məqalədə biz qədim insanların şüurunun primitiv inikası olan mifin türkdilli xalqların həyatındakı rolundan və bu fantaziya və xəyalların müasir dünyaya daşınması, fövqəltəbii varlıqlara inamın davam etməsindən bəhs edirik. Müasir dövrdə bəzi respublikaların dövlət gerblərində də  əks olunan totemlər fiziki olaraq fərqlilik göstərsələr də, ümumilikdə baxdığımızda demək olar ki, eyni keyfiyyətləri daşıyırlar. Aydın olur ki, mifologiya sadəcə qorxu və sevinc, xeyir və şər, düşmən və qəhrəman obrazlarının təyin olunması deyildir. Mifologiya dünyanın yaranması haqqında ilkin fikirlərin, qəhrəmanlıq dastanlarının ilk rüşeymləridir.

Açar sözlər: mifologiya; totem; simurğ; tulpar; tanrı-qurd; qriffon