Məqalələrin qəbulu

Nəşr şərtləri:

Risalə araşdırmalar toplusunda filologiya (Azərbaycan və dünya ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid, folklorşünaslıq, mətnşünaslıq) və sənətşünaslıq (muzeyşünaslıq) sahələri üzrə məqalələr nəşr edilir.

Çapa təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının (AAK) dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və qaydalara cavab verməlidir.

Məqalələr əvvəllər heç yerdə çap olunmamış (o cümlədən başqa dillərdə) və digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

 Bir müəllif eyni nömrəyə yalnız bir məqalə təqdim edə bilər. 

Həmmüəllifli məqalələr nəşrə qəbul edilmir.

Çapa təqdim olunan məqalələr 7-12 səhifə həcmində olmalıdır.

Məqalələr müvafiq elm sahəsi üzrə iki elmlər doktorunun rəyi ilə nəşrə təqdim edilməlidir. 

Müəllif məqalədə göstərilən faktların həqiqiliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Məqalələr üç dildə – azərbaycan, rus və ingilis dillərindən birində təqdim oluna bilər.

Məqalələrdə beynəlxalq standartlara cavab verən elmi araşdırmaların yazılma üsullarına uyğun giriş, nəticə və ən azı iki başlıq olmalıdır.

Hər bir məqalədə UOT indeks göstərilməlidir.

Məqalələrin tərtibi qaydaları:

Müəllif müvafiq anket formasını doldurmalı, məqalə ilə birlikdə elektron (mail: risale.az@mail.ru) və çap şəklində təqdim etməlidir:

  • Proqram – Microsoft Word, şrift Times New Roman

  • Əsas mətn 12 ölçülü şriftlə yığılmalı və sətirlərarası məsafə 1 intervalda olmalıdır, mətnin formatı-A4

  • Sahələr –yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm olmalıdır.

Ədəbiyyat siyahısı əlifba ardıcıllığı ilə olmalı, AAK-nın tələblərinə uyğun tərtib edilməli, məqalədə istinadlar düz mötərizə daxilində verilməlidir (məs: [5, s.12]).

Açar sözlər məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir. Minimum 5 açar söz olmalıdır.

Dərc olunduğu dildə və əlavə digər iki dildə məqalənin xülasəsi verilməlidir. Məqalənin müxtəlif dillərdə olan xülasələri bir-birinin eyni olmalı, məqalənin məzmununa uğun olmalıdır. Xülasədə müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Hər bir xülasədə müəllifin tam adı göstərilməli, həmçinin məqalənin adı tərcümə edilməldir.

Məqalələrin həcmi 7-12 səh., xülasələr 200-250 sözdən ibarət olmalıdır.

 

Məqalənin strukturu:

UOT indeks

Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi adı (varsa), e-mail ünvanı – yuxarıda, sağ küncdə

Məqalənin adı – ortada, qara şriftlə, BÖYÜK HƏRFLƏRLƏ

Açar sözlər – üç dildə, sol tərəfdən başlamaqla

Məqalənin mətni (Giriş, bölmələr, nəticə)

İstifadə olunmuş ədəbiyyatın siyahısı - əlifba sırası ilə

Xülasə - 3 dildə, müəllifin adı, soyadı məqalənin adı göstərilməklə